Suriyanın paytaxtı Dəməşqdə güclü partlayıb baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onlarla insanın öldüyü və yaralandığı bildirilir.
Partlayış Ədalət Sarayının binasında baş verib.Partlayıcı qurğu binanın foyesində işə salınıb.
Ötən həftə Dəməşqdə ikiqat terror aktı nəticəsində 70-dən çox adam ölüb. O zaman terrorçular Bab-əs-Səgir şiə məzarlığı yaxınlığında toplaşan kütlə içində partlayıcı qurğuları işə salıblar.