Gələcəkdə Hollandiyaya iqtisadi sanksiyalar tətbiq edə bilərik.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş CNN-ə açıqlamasında deyib.“Hadisələrin necə cərəyan edəcəyini gözləyirik. Bu vəhşiliyi xoş qarşılayan deyilik. Hələ ki, Hollandiyadakı səfirimizi geri çağırmağı düşünmürük. Nasizmin ayaq səslərini eşidirik”, - Türkiyə rəsmisi bildirib.