Belçika müxalifəti də Türkiyəyə qarşı çıxdı

Belçika müxalifəti də Türkiyəyə qarşı çıxdı backend

Türkiyə siyasətçilərinin Belçikaya səfərlərini ləğv etmək lazımdır.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belçikanın müxalif Flamand Marağı Partiyasının sədri Tom Van Qriken söyləyib.

“Biz Niderlandın Türkiyəyə qarşı siyasətini tam dəstəkləyirik. Başqa ölkələr Avropadakı siyasi situasiyaya müdaxilə etməməlidirlər. Türkiyə siyasətçiləri Avropa ərazisində türk əsilli vətəndaşların iştirakı ilə mitinq keçirmək istəyirdilər. Bu, Avropa Birliyinin daxili işlərinə birbaşa müdaxilə deməkdir. Əksər Avropa partiyaları Niderlandla həmrəydirlər və tezliklə, bunu nümayiş etdirəcəklər. Yaxın zamanlarda Belçika parlamentində ölkəyə türk siyasətçilərinin gəlməsinin qadağan edilməsinə baxılacaq”, – deyə o bildirib.