QAZİLER.AZ saytı Evronyusa istinadla bildirir ki, İşid qruplaşması 30 nəfərin öldürülməsiylə bağlı yeni videogörüntü yayınlayıb. Radikal islamçılar bildirirlər ki, Liviya döyüşçüləri Liviyanın şimalında və cənubunda Barka və Fazzanda efiopiya xristianlarını öldürüblər.
Efiopiya rəhbərliyi baş vermiş hadisəni insanlığa qarşı cinayət adlandırıb. Efiopiyanın İnformasiya nazirliyi bildirir ki, ölənlər Liviyadan Avropaya keçmək istəyən efiopiya miqrantları olub. Videogörüntü qurbanlarının vətəndaşlığı və həqiqiliyi müəyyən edilir. Qeyd edək ki, fevralda da İŞİD qruplaşması Liviyaya iş üçün gələn Misir xristianlarını öldürərək video görüntü yaymışdı.