Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkeli ölkə ərazisində terrorçuluğa dəstəkdə günahlandırıb.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu barədə Ərdoğan televiziya ilə çıxışında deyib.“Almaniya ən amansız şəkildə terrorçulara dəstək verir. Biz Almaniyaya PKK və FETÖ terrorçularının 4 500 dosyesini göndərmişik, lakin onların hamısı cavabsız qalıb”, deyə Ərdoğan bildirib.
O, həmçinin Türkiyədə həbs olunan Dəniz Yuceli casus və terrorçu adlandırıb.