Əlində şübhəli paket olan naməlum şəxs Vaşinqtonda Ağ Evin hasarına dırmaşıb, lakin o tezliklə saxlanılıb.
Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hazırda şübhəli şəxs həbsdədir və ona qarşı ittihamların irəli sürülməsini gözləyir.Həmin şəxsin adı və cinsi açıqlanmır. CNN-in məlumatına görə, onun əlindəki paket yoxlanılıb və təhlükəsiz olduğu müəyyən edilib.
Bundan əvvəl bildirilmişdi ki, ABŞ rəhbərliyi Ağ Evin perimetri üzrə bağçada dəmir ucluqlar əlavə etmək təklifini nəzərdən keçirirlər. Bu, daimi həll yollu tapılana qədər oxşar insidentlərə yol verməmək üçün müvəqqəti tədbir kimi qeyd olunub.