Rusiya Federasiyasının paytaxtındakı uşaq mağazalarında satışa yeni oyuncaq çıxarılıb. Məşhurluğu ilə seçilən oyuncağın adı "Putin - ayı üstündə" adlanır.
QAZİLƏR.AZ saytı xəbər verir ki, bu barədə "ukrnews24" saytı yazıb.Bildirilir ki, hələlik yenilik Moskvada "Uşaq dünyası" mağazalarına aiddir və bu oyuncağı ancaq oradan almaq mümkündür. Amma istisna deyil ki, ayı üstündə oturan Putin Avropa bazarına da yayılacaq, həmçinin Rusiyanın bütün zonalarına əldə etmək mümkün olacaq. Bu "məzəli simvol" növbəti dəfə Rusiya təbliğatının gücünü göstərmək üçün edilir. Oyuncağa olan tələbat bu faktı sübut edir.
Oyuncağın hündürlüyü 19, eni isə 20 santimetrdir. Bu poliuretandan hazırlanmışdır. Suvenirin 680 qram çəkisi var və qiyməti 2500 rubl, təqribən 45 dollara yaxındır.