Hollandiyanın baş naziri Mark Rutte Türkiyə ilə problemi həll etmək istədiklərini bildirmişdi.
"Ölkə.Az" xəbər verir ki, baş nazir bir müddət sonra tamamilə zidd açıqlama ilə çıxış edib. Mark deyib: "Hədə-qorxu davam etdiyi təqdirdə danışıqlar masasına oturmayacağıq".
Hollandiyanın baş naziri Türkiyə ilə münasibətləri normallaşdırma yolunu bağlayıb: "Türk hökumətinin hədələri davam etdiyi bir vaxtda müzakirələrdə iştirak etməyəcəyik. Hollandiyadakı türklər Hollandiya vətəndaşıdırlar, türk vətəndaşları deyillər".
Rutte həm də qeyd edib ki, Türkiyənin Hollandiyada keçiriləcək seçkiləri müdaxilə etmək istədiyini düşünmürəm.