ABŞ İraqın qərbindəki Ənbar vilayətinə iki min hərbçi yerləşdirib. Axar.az xəbər verir ki, Türkiyə mətbuatı bu informasiyanı özünün etibarlı mənbəsinə istinadən yayıb. ABŞ hərbçiləri Ənbar vilayətindəki “Eynəl Əsəd” bazasına yerləşdiriliblər. Bu hərbçilərin İraqın qərb vilayətlərinin İŞİD-dən təmizləməsində istifadə olunacağı gözlənilir.
Qeyd edək ki, ABŞ bundan öncə Suriyaya xeyli sayda dəniz piyadası göndərib. Onların Rakka əməliyyatında istifadə ediləcəyi iddia edilir.ABŞ İraqa daha 2 min hərbçi göndərdi

