Somalinin paytaxtında hoteldə partlayış baş verib

Somalinin paytaxtında hoteldə partlayış baş verib backend

Somalinin paytaxtı Moqadişoda partlayış olub.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Yerli KİV partlayışın "Wehliye" hotelinin girişində baş verdiyini bildirib. Partlayış yerində tüstü buludu görünür.

Məlumata görə, partlayışdan sonra atışma olub.

İlkin məlumatlara görə, üç nəfər xəsarət alıb.