Haitidə avtobus izdihama çırpılıb, 33 nəfər ölüb

Haitidə avtobus izdihama çırpılıb, 33 nəfər ölüb backend

Haitidə yol qəzası nəticəsində 33 nəfər ölüb, 15-i xəsarət alıb.

Qaziler.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimalında yerləşən Qonaiv şəhərində qeydə olunub.

İlkin məlumata əsasən, yüksək sürətlə hərəkət edən avtobus musiqi karnavalında izdihama çırpılıb. Şahidlərin verdiyi xəbərə görə, bundan qəzəblənən kütlə sürücünü öldürüb, maşınını isə yandırmaq istəyib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.