Hollandiya Çavuşoğlu qalmaqalına reaksiya verdi

Hollandiya Çavuşoğlu qalmaqalına reaksiya verdi backend

Hollandiyanın baş naziri Mark Rütte Türkiyənin xarici işlər naziri (XİN) Mövlud Çavuşoğlunun ölkəyə buraxılmamasına münasibət bildirib.

AzVision.az xəbər verir ki, baş nazirin sözlərinə görə, Çavuşoğlu ilə bağlı qərar düzgündür: "Türkiyə bizlə NATO üzrə müttəfiqidir.Şantaj və təhdidlər qəbuledilməzdir. Türkiyə tərəfi əsəbidir, amma güman edirəm ki, qərar düzgün idi".

Qeyd edək ki, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunin təyyarəsinin eniş icazəsini ləğv edib. Hollandiyanın bu addımı Türkiyənin haqlı etirazlarına səbəb olub.