11 futbol fanatına ölüm hökmü çıxarıldı

11 futbol fanatına ölüm hökmü çıxarıldı backend

Misir məhkəməsi Port-Səid stadionunda 74 nəfərin ölümünə səbəb olan kütləvi davada təqsirli bilinən 11 nəfərə ölüm hökmü çıxarıb.

70 nəfərdən çox iştirakçıya isə təkrar məhkəmə təyin olunub.

QAZILER.AZ-ın TACC-a istinadən xəbərinə görə, qüvvədə olan hüquqi praktikaya əsasən, məhkəmənin qərarı ölkənin baş müftisi tərəfindən təsdiq olunmalıdır. Müfti tərəfindən bu işlə bağlı yekun qərar mayın 30-da veriləcək.


Xatırladaq ki, 2012-ci ilin fevralında “Əl-Məsri” və “Əl-Əxli” komandaları arasında keçirilən oyundan sonra fanatlar arasında kütləvi dava baş verib. Nəticədə 74 nəfər ölüb, onların çoxunu yetkinlik yaşına çatmayanlar təşkil edir.
Diaspora