Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan bu ölkənin xarici işlər naziri Mövlut Çavuşoğlunun Hollandiyaya buraxılmamasına sərt reaksiya verib.
Qaziler.az Hürriyet-ə istinadən bildirir ki, Hollandiya Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçuş icazəsini ləğv edib.Prezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın bu addımına sərt reaksiya verib: "Nazirimiz Hollandiyaya getmək istəyərəkən, bu xəbər gəldi. Referendumdan sonra bu işlərlə məşğul olacağıq. Baxa görək, bundan sonra sizin təyyarələr Türkiyəyə necə gələcək? Mən diplomatiyadan danışıram, Hollandiya vətəndaşlarının səyahətini nəzərdə tutmuram. Bunlar bu qədər qorxaq, nasizmin qalıqları, faşistdirlər".