Moskva meriyasından ermənilərə rədd cavabı

Moskva meriyasından ermənilərə rədd cavabı backend

Moskva meriyası erməni diasporuna uydurma erməni “soyqırımı” ilə bağlı Türkiyənin Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə icazə verməyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxt meriyası Rusiya Erməniləri İttifaqının Türkiyə səfirliyi qarşısında uydurma "soyqırım"ı ilə bağlı ənənəvi etiraz aksiyası keçirmək barədə müraciətinə bu il müsbət cavab verməyib.

Qeyd edək ki, bir müddət əvvəl Soçi şəhərinin bələdiyyəsi erməni diasporunun hazırladığı uydurma “soyqırımı” ilə bağlı reklam lövhələrini şəhərdən yığışdırıb. Şəhər bələdiyyəsi bunu Soçinin idman şəhəri olması ilə əlaqələndirib. Soçi şəhərinin polis rəisi Sergey Oqurtsov erməni gənclər təşkilatlarına göndərdiyi məktubunda şəhərdə radikal aksiyalara icazə verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, 2011-ci ildə Soçi Şəhər Bələdiyyəsi erməni general Andranik Ozanyanın abidəsinin şəhərdən yığışdırılması haqqında da qərar vermişdi.

Diaspora