Estoniya hərbi təlimlərə başlayır

Estoniya hərbi təlimlərə başlayır backend

Aprelin 20-dən etibarən Estoniyada “Tornado” kod adlı hərbi təlimlər başlayır.

Qaziler.az -ın APA-ya istinadən xəbərinə görə, bu barədə Estoniya Müdafiə Nazirliyinin saytında məlumat verilib. Beş günlük təlimlərə ABŞ hərbçiləri də qatılacaq. Estoniya tərəfdən təlimlərdə 1-ci piyada briqadasının 2 min hərbçisi və ehtiyat qüvvələr iştirak edəcək.

“Tornado” “Kirpi” adlı daha iri miqyaslı təlimlərə hazırlığın son mərhələsidir.

Qeyd edək ki, bu ilin yanvarında NATO-nun baş katibi Yens Stoltenberq 6 Şərqi Avropa ölkəsi – Estoniya, Latviya, Litva, Rumıniya, Polşa və Bolqarıstanda komanda məntəqələri və çevik reaksiya qüvvələrinin yaradılacağını açıqlayıb. Bu məntəqələr milli ordular və NATO orduları arasında əlaqə funksiyasını yerinə yetirəcək. İlin əvvəlindən bəri alyans Baltik ölkələrində hərbi təlimlər keçirir və hazırda bu proses davam edir.
Diaspora