Trampın Mahmud Abbasdan nə istədiyi məlum oldu

Trampın Mahmud Abbasdan nə istədiyi məlum oldu backend

ABŞ-ın 45-ci prezidenti Donald Tramp ilə Fələstin lideri Mahmud Abbas Fələstin və İsrail arasında sülh prosesini müzakirə edəcək.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Fələstin liderinin nümayəndəsi Nabil Əbu Rudeyn bildirib. Onun sözlərinə görə, Mahmud Abbas Trampın dəvətini qəbul edib.

“Bu gün Donald Tramp ilə Mahmud Abbas arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ prezidenti Fələstin liderini Ağ Evə dəvət edib. Mahmud Abbas Trampın dəvətini qəbul edib. Tramp 3 il bundan əvvəl dayandırılmış Fələstin-İsrail sülh prosesinin bərpa barədə danışmaq istəyir”, - deyə Nabil Əbu Rudeyn bildirib.

Qeyd edək ki, bu gün Tramp Mahmud Abbas ilə ilk telefonla əlaqə saxlayıb. Tramp söhbəti zamanı onu yaxın vaxtlarda Vaşinqtona dəvət edib. Bundan əvvəl Donald Tramp Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə Yaxın Şərq probleminin həllində maraqlı olduğunu bəyan edib. Fələstin prezidenti Mahmud Abbas isə mayın ilk yarısında Rusiyaya səfər etməyi planlaşdırır. Səfərin əsas məqsədi Ərəb Birliyi ölkələrinin sammitinin nəticələrini müzakirə etməkdir. Nabil Əbu Rudeyn bildirib ki, Mahmud Abbas ola bilsin ki, Moskva səfərindən sonra Vaşinqtona gedəcək