ABŞ-da "Android” və “Apple” pərəstişkarları arasında mübahisə düşüb.
Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, ABŞ-ın Oklahoma ştatının iki sərxoş sakininin “Android” və ya “Apple” smartfonlarından hansının daha yaxşı olması ilə bağlı mübahisəsi qanlı davaya səbəb olub. Nəticədə hər iki mübahisə iştirakçısı həyat üçün təhlükəli olmayan yaralarla xəstəxanaya çatdırılıb.Polisin məlumatına görə, qonşular Hayro Mendes və Elias Asevedo arasında mübahisə aprelin 17-də avtomobil dayanacağında baş verib. Dava E.Asevedonun H.Mendesi pivə butulkası ilə boynunun ardından vurduqdan sonra başlayıb.
Kişilər saxlanılan zaman hər ikisi qan içində olub. Xəstəxanada onlara lazımi tibbi yardım göstərilib.
Dava salan 21 yaşlı E.Asevado həbs olunub. Silahlı hücumdan başqa o, immiqrasiya və gömrük qanunvericiliyinin pozulmasında şübhəli bilinir. Polis saxlanılan şəxsin “Apple” və ya “Android” sistemli qurğuların pərəstişkarının olması barədə məlumat verməyib, - "Lenta” yazır.