İstanbulda helikopter yerə çırpıldı: rusiyalı biznesmenlər öldü

İstanbulda helikopter yerə çırpıldı: rusiyalı biznesmenlər öldü backend

İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan “Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus vertolyotda 4 Rusiya vətəndaşı olub. Bu barədə Türkiyənin NTV telekanalı şirkətə istinadən məlumat yayıb.

Ümumilikdə, helikopterdə 2 pilot, 4 Rusiya vətəndaşı və “Eczacıbaşı” Şirkətlər Qrupunun 1 əməkdaşı olub.

* * *
13:21

İstanbulda baş vermiş vertolyot qəzasında 5 nəfər həlak olub.

Virtualaz.org “Habertürk”ə istinadən məlumat verir ki, hadisə yerində yanğınsöndürənlər işləyir.

Pilotun və sərnişinlərin axtarışları davam edir.
* * *12:49

İstanbulda vertolyot qəzası baş verib.

Virtualaz.org “Hürriyet”ə istinadən xəbər verir ki, hələlik qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Hazırda hadisə yerinə təcili xidmətlərin nümayəndələri göndərilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.