İsrail səfirliyinin əməkdaşları Aleksandr Lapşinlə görüşüb

İsrail səfirliyinin əməkdaşları Aleksandr Lapşinlə görüşüb backend

İsrail səfirliyinin əməkdaşları Aleksandr Lapşin ilə görüşüb. Bu barədə “Trend”ə A.Lapşinin vəkili Eduard Çernin məlumat verib.

Vəkil bildirib ki, səfirlik nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasında A.Lapşinlə görüşüb, onun səhhəti və saxlanma şəraiti ilə maraqlanıblar:

"Martın 9-da mən təcridxanada Lapşinlə görüşdüm. Heç bir şikayəti yoxdur, vəziyyəti normaldır. İstintaqın gedişindən narazı deyil. O, istintaqın yekunlaşmasını gözləyir".

E.Çernin bildirib ki, A.Lapşin anası ilə telefon əlaqəsi də saxlayır.