Qaçaq yolla Avropaya keçmək istəyən miqrantları daşıyan gəmi Aralıq dənizində batıb.
Qaziler.az ATV.az-a istinadən xəbər verir ki, Livya sahillərindən İtaliyaya doğru hərəkət edən gəmidə 700 miqrant olub. Gəmi aprelin 18-dən 19-a keçən gecə İtaliyanın Lampeduza adasından 200 km cənubda batıb.Axtarış-xilasetmə əməliyyatlarında İtaliya və Malta gəmiləri, habelə vertolyotlar iştirak edir.
****
Ən son məlumata görə, batan gəmidən yalnız 49 nəfəri xilast etmək mümkün olub. Həlak olanlardan isə 24 nəfərin cəsədi tapılıb.
Qeyd edək ki, bu həftə Aralıq dənizində daha iki gəmi qəzası baş verib. Qaçaq miqrantları daşıyan hər iki gəmi Liviyadan İtaliya istiqamətində üzərkən batıb. Aprelin 14-də baş verən qəzada 400, aprelin 16-da baş verən faciədə isə 41 miqrant ölüb.