Rusiyanın Türkiyədə qətlə yetirilmiş səfiri Andrey Karlovun qatili hadisədən əvvəl təkcə rusiyalı diplomat barədə məlumat toplamırmış.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, Mövlud Altıntaş eyni zamanda ABŞ-ın bu ölkədəki səfiri Con Bass barədə də məlumatlar toplayır, araşdırırmış.Onun ABŞ səfirinə də sui-qəsd planlaşdırması ehtimal olunub. Belə ki, rusiyalı səfirin qətlini araşdıran təhlükəsizlik əməkdaşları M.Altıntaşın kompüterində səfir Con Bass barədə də məlumatlar aşkar edib.