Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyədən bir sıra meyvə və tərəvəz növlərinin idxalına tətbiq olunan qadağanın ləğv edilməsi ilə bağlı fərman imzalayıb.
AzVision.az-ın məlumatına görə, bu barədə D.Medvedev Türkiyə hökumətinin başçısı Binəli Yıldırımla telefon danışığı zamanı sanksiyaların aradan qaldırıldığını bildirib.Tərəflər ikitərəfli münasibətlərin bərpa olunması məsələsini və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da Moskvaya səfəri, rusiyalı həmkarı Vladimir Putinlə görüşünü müzakirə edib.