ABŞ-ın BMT-dəki səfiri: “İranı Suriyadan çıxarmalıyıq”

ABŞ-ın BMT-dəki səfiri: “İranı Suriyadan çıxarmalıyıq” backend

“İranı Suriyadan çıxarmalıyıq”. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Suriyadakı vəziyyətlə bağlı Cenevrədə keçirilən müzakirələrin 4-cü mərhələsinin yekununa həsr edilən mətbuat konfransında bildirib.

O vurğulayıb ki, Suriyada məsələnin siyasi həlli üçün müzakirələr davam etməlidir: "Suriya terrorçuların sığınacaq yeri olmamalıdır. İranı Suriyada çıxartmaq lazımdır. Müttəfiqlərimizin sərhədlərinin təhlükəsizliyinə zəmanət veririk. Onlar özlərini təhlükəsiz hiss edə bilərlər”.