Çin şirkəti gözəgörünməz PUA layihəsi üzərində işə başlayıb

Çin şirkəti gözəgörünməz PUA layihəsi üzərində işə başlayıb backend

Çində gözə görünməz Pilotsuz Uçan Aparat (PUA) hazırlanması layihəsi üzərində işə başlayıblar. “Report” TASS-a istinadən xəbər verir ki, bu haqda “China Daily” məlumat yayıb. Layihənin həyata keçirilməsi ilə Çinin Aero-kosmik elmlər və sənayesi şirkəti məşğuldur.

“Şirkət diqqətini az hiss edilən və yerətrafı kosmik məkanda uçan piltosuz aparatın hazırlanmasına cəmləyib”, - deyə, şirkətin baş direktorunun müavini Vey İnya bildirib.
Aparatın taktiki-texniki göstəriciləri habelə hazır olacağı müddət və layihələrin başqa detalları barədə məlumat verilməyib.