Qvatemalada reabilitasiya mərkəzində baş verən yanğın nəticəsində ölən uşaqların sayı 19-a çatıb.
Qaziler.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 9 uşağın öldüyü bildirilirdi.Yanğın zamanı xəsarət alan 20 nəfər xəstəxanalara yerləşdirilib. Reabilitasiya mərkəzində baş verən yanğının səbəbi məlum deyil. Hadisə yerində polis və yanğınsöndürənlər işləyir.
21:45
Qvatemalanın paytaxtında ailə zorakılığı qurbanları üçün reabilitasiya mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində 9 uşaq ölüb
Qaziler.az-ın məlumatına əsasən, bu barədə APA RİA Novosti-yə istinadən xəbər verir.
Daha 20 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Təsdiqlənməmiş məlumatlara görə, yanğın zamanı 17 nəfər ölüb, 30 nəfər yaralanıb. Faciənin səbəbləri hələ ki, açıqlanmır.