Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün ABŞ-a səfərə gedib.
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.O, amerikalı həmkarı Con Kerri ilə görüşəcək. Çörüşdə Suriya və İraqda İŞİD-ə qarşı mübarizənin bütün tərəfləri, Ukrayna, Liviya və Yəmən başda olmaqla bölgədəki vəziyyət, həmçinin Kiprlə bağlı problem, 1915-ci il hadisələri, terrora qarşı mübarizə, enerji təhlükəsizliyinə dair mühüm məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Mövlud Çavuşoğlunun Ağ evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Suzan Raysla da görüşü nəzərdə tutulub. Nazirin Konqresdə Türkiyə-ABŞ Dostluq Qrupunun həmsədrləri tərəfindən təşkil olunan toplantıda çıxışı planlaşdırılıb.
Türkiyə Xarici İşlər Nazriliyi tərəfindən yayılan açıqlamaya əsasən, nazir "Türk-Amerikan kültür və mədəniyyət mərkəzi"ni ziyarət edəcək və amerikalı vətəndaş cəmiyyətinin liderləri görüşəcək.