General Patruşev Qarabağdakı eskalasiyanı İrəvanda müzakirə edib

General Patruşev Qarabağdakı eskalasiyanı İrəvanda müzakirə edib backend

Rusiya Təhlükəsizlik Şurasının katibi, general Nikolay Patruşevin İrəvana ötən gün başlayan və bu gün də davam edən səfəri zamanı əsas müzakirə mövzularından biri Dağlıq Qarabağ münaqişəsi zonasında gəginliyin artması olub.

virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu məsələ Nikolay Patruşevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi, general Yuri Xaçaturovun görüşündə də müzakirə olunub. Nikolay Patruşev prezident Serj Sərkisyanla da görüşüb. Görüşdə Ermənistanla Rusiya arasında hərbi-təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlıqdan danışılıb.