İraqın baş naziri Mosula gedib

İraqın baş naziri Mosula gedib backend

İraqın baş naziri Heydər əl-İbadi üç ildən sonra ilk dəfə olaraq Mosula gedib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Əs-Sumaria” telekanalı məlumat yayıb.

Məlumata görə, Mosuldakı hökumət binası, habelə əyalətin bir hissəsi terrorçu İŞİD qruplaşmasından təmizlənib.

2014-cü ildə terrorçu İŞİD qruplaşması Mosula nəzarəti ələ keçirib.