ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu martın 7-si telefonla danışıblar. RİA Novosti bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, danışıq zamanı iki lider Yaxın Şərqdəki təhlükəsizlik məsələlərini müzakirə edib.O da qeyd edilir ki, Netanyahu keçən həftə ABŞ konqresi qarşısında antisemitizma qarşı çıxışına görə Trampa minnətdarlığını bildirib.