Saakaşvili: “Gürcülər, ölkəni tərk etməyin, onları qovun”

Saakaşvili: “Gürcülər, ölkəni tərk etməyin, onları qovun” backend

Mən heç vaxt Gürcüstandan küsməmişəm və küsə də bilmərəm.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Vahid Milli Hərəkat Partiyasının qadın üzvlərinin qurultayına müraciətində söyləyib

“Gürcülər məni görərkən ilk olaraq mənə “sənin Gürcüstana küsülülüyün bitməyib”, - sualını verirlər. Heç vaxt Gürcüstandan küsməmişəm və küsə də bilmərəm. Mən Gürcüstanın düşməni olan İvanişvilidən acıqlıyam. O, demək olar ki, bizim uzun illər ərzində yaratdığımız hər şeyi yox etdi. Lakin bunu biz yaratmışıq və hələlik sağıq. Bunları yenidən qura bilərik. Gürcüstan viza liberallaşması əldə etdi. Əlbəttə, çoxlu normal insanlar ölkəni tərk etməyə cəhd edəcəklər. Təbii ki, biz səyahət etməliyik. Mən bilirəm ki, çətindir. Çoxlu problemlərimizin olduğunu və hətta qidalanmaq üçün pulun olmadığını da bilirəm. Lakin indi vətəni tərk etmək vaxtı deyil. Gəlin, bizi müflis vəziyyətə salanların özünü ölkəni tərk etməyə məcbur edək”, – o bildirib.