Rusiya Daxili Qoşunların komandanının sabiq müavini, (hazırda Rusiya Qvardiyası adlanır) general-leytenant Vyaçeslav Varçuk rüşvət almaqda şübhəli bilinərək həbs edilib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.Vyaçeslav Varçuk rüşvət aldığına görə saxlanılıb. Hazırda onun barəsində həbs qətimkan tədbiri seçilib.
Öz növbəsində Rusiya Qvardiyası direktorunun müşaviri Aleksandr Xinşteyn keçmiş komandan müavininin həbsi faktını təsdqiləsə də hadisənin təfərrüatları barədə ətraflı məlumat verməyib.