Bomba insanları qırıb-çatdı - Əfqanıstan

Bomba insanları qırıb-çatdı - Əfqanıstan backend

Aprelin 18-də Əfqanıstanın şərqində terror aktı baş verib.

ATV.az Rusiya KİV-nə istinadən bildirir ki, yerli banklardan birinin yanında avtomobil partladılıb. Hadisə nəticəsində 33 insan həlak olub, 100-dən çoxu müxtəlif yaralar alıb. Bundan başqa, İnformasiya və Mədəniyyət Departamentinin binasında da partlayış baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Terror hadisəsini heç bir terror qruplaşması boynuna götürməyib.