Çeçenistanda zəlzələ oldu

Çeçenistanda zəlzələ oldu backend

Çeçenistanın paytaxtı Qroznı şəhərində 4,3 bal gücündə zəlzələ baş verib. Virtualaz.org bildirir ki, bu barədə Çeçenistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Məlumatda deyilir: "Moskva vaxtı ilə saat 4:26-da Qroznı şəhəri ərazisində zəlzələ baş verib. Seysmoloji stansiyanın məlumatına görə, zəlzələ 4,3 bal gücündə olub. Zəlzələ ocağı 15 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntı barəsində məlumat daxil olmayıb".