“Rusiyanın İrana S-300 raket sistemlərini bu qədər gec verməsinə təəccübləndim”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Barak Obama çıxış edib. O, 2009-cu ildə Rusiya Prezidenti Vladimir Putindən İrana raket sistemlərinin verilməməsi barədə xahiş etdiyini açıqlayıb:“Rusiya ilə İran arasında müqavilə 2009-cu ildə imzalanmışdı. Putinlə görüşümdə raketlərin verilməsini təxirə salmağı xahiş etdim və onlar da satışı təxirə saldılar. Bu müqaviləni qadağan edən heç bir sanksiya yox idi. Raket sistemlərinin İrana bu qədər gec verilməsinə təəccübləndim”.
Qeyd edək ki, aprelin 13-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrana qarşı silah yasağının aradan qaldırıldığını açıqlayıb.