Tramp: Obama necə bu qədər alçaldı?

Tramp: Obama necə bu qədər alçaldı? backend

ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanı seçki kampaniyası zamanı onun telefon danışıqlarını dinləməkdə ittiham edib.

Qaziler.az-ın məlumatına görə, "Report" xəbər verir ki, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.
"Prezident Obama seçki prosesi zamanı telefon danışıqlarımı dinləyəcək dərəcədə alçalıb. Bu, Niksonun Uotergeyt qalmaqalıdır. Mərc edə bilərəm ki, yaxşı vəkil prezident Obamanın düz seçkilər ərəfəsində, oktyabrda telefon danışıqlarımı dinləməsi faktından böyük iş çıxara bilər", - ABŞ prezidenti əlavə edib.