Lissabon Stalini pisləyərək Ukrayna xalqının soyqırımını tanıdı

Lissabon Stalini pisləyərək Ukrayna xalqının soyqırımını tanıdı backend

Portuqaliya keçən əsrin 30-cu illərində baş vermiş hadisələri - “Qolodomor”u Ukrayna xalqının genosidi kimi tanıyıb.

Portuqaliya parlamenti 1932-1933-cü illərdə baş vermiş hadisələri (“Qolodomor”) Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Qaziler.az-ın qazeta.ru-ya istinadən məlumatına görə, Portuqaliya parlamentinin qəbul etdiyi qətnamədə bildirilir ki, söyqırım Stalinin totalitar kimmunist rejimi tərəfindən şüurlu şəkildə aparılıb.

Bununla bağlı Ukrayna prezidenti Pyotr Poroşenko rəsmi Lissabona Kiyevlə həmrəy olduğuna görə öz təşəkkürünü bildirb.

Xatırladaq ki, 1932-1933-cü illərdə Stalin rejiminin yürütdüyü siyasət nəticəsində 7 milyon ukraynalı aclıqdan ölüb.