“Səudiyyə Ərəbistanının ordusunu Yəməndə məğlubiyyət gözləyir”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İslam İnqilabı Keşikçiləri Korpusu rəhbərinin müavini general Hüseyn Səlami çıxış edib.Onun sözlərinə görə, husilər uzaqmənzilli raketlərə sahibdirlər:
“Qiyamçılar istənilən zaman Səudiyyə Ərəbistanının şəhərlərinə çata bilərlər. Əgər Səudiyyə Ərəbistanının qoşunları Yəmənə girsə, o zaman onlar məğlub olacaqlar. Belə ki, krallıq döyüşçülərinin müharibə təcrübəsi yoxdur. Bu müharibə bütün regiona destabilizasiya gətirəcək. Əgər ərəb ordusu müdaxilə edənə qədər husilər Yəmənin 50%-nə nəzarət edirdisə, indi bu 90%-dir”.