Türk ordusu nəhəng konvoyla Suriyaya keçdi

Türk ordusu nəhəng konvoyla Suriyaya keçdi backend

Türkiyə ordusuna məxsus böyük bir hərbi konvoy Kilisdən keçərək Suriya ərazisinə daxil olub.


Bu haqda Reuters agentliyi məlumat yayıb. Məlumata görə, Türkiyə ordusuna aid konvoy Suriyanın Çobanbəyi qəsəbəsində görüntülənib.

O da bildirilir ki, sərhəddən Suriyaya girib Əl Baba doğru irəliləyən böyük konvoyda, çoxlu sayda zirehli maşın var. Reuters türk qoşunlarının nəhəng konvoyla Suriya ərazisinə keçməsini İŞİD-ə qarşı keçrilən əməliyyatlardan sonra, PKK-nın Suriya qolu PYD-nin nəzarətində olan Mənbic şəhərinin azad edilməsi ilə bağlı olduğunu iddia edib.