"ABŞ hərbçiləri YPG ilə PKK-nın heç bir fərqi olmadığını bildirmişdilər. ABŞ-ın bizi hədəf alan terror qruplaşması ilə əməkdaşlıq etməsini istəmirik. YPG ilə bu əməliyyatları həyata keçirmək Suriyanın gələcəyini riskə atmaq deməkdir. Bir terror bölgəsinin yaradılmasına kömək etmək deməkdir. ABŞ bu səhv addımdan geri dönməlidir. Bura ABŞ torpaqları deyil. ABŞ hərbçiləri ilə niyə üz-üzə gələk? YPG Menbiçdən geri çəkilməsə, biz onu vuracağıq".
Türkiyənin xarici işlər naziri Mevlüd Çavuşoğlunun bu bəyanatından sonra vəziyyət müəyyən mənada dəyişə bilər. Siyasi ekspertlər hesab edirlər ki, Türkiyəni əsas Suriya deyil, öz dövlət təhlükəsizliyi narahat edir. Politoloq İlqar Altay Ölkə.Az-a açıqlamasında bildirib ki, bu dəqiqə təşəbbüs Türkiyənin əlindədir.“Bu dəqiqə təşəbbüs Türkiyənin əlindədir. Rusiya sadəcə orada azacıq mövqeyə malikdir. Bu dəqiqə Türkiyə quru qoşunlarını yeridib əməliyyat keçirə bilər. Suriyada müxalifət, əhalinn 80 faizini təşkil edən nümayəndələr Türkiyənin əlindədir. Bu səbəbdən də, Türkiyə kürdləri irəli buraxmır. Çünki İraqdakı kimi kürdlərə üstünlük verilsə, məsələnin bir ucu gedib PKK-ya çıxır. Həmin terrorçu təşkilatın da Türkiyədə böyük terror aktları törətdikləri məlumdur. Türkiyə bu dəqiqə əsas Suriyanı deyil, öz dövlət təhlükəsizliyini düşünür. Türkiyə çalışır ki, İraqda olduğu kimi Suriyada gücləndirilmiş kürd dəstələri yaranmasın. Belə qüvvələr sonradan güclənərək Türkiyəyə qarşı çıxırlar”, - deyə İ.Altay bildirib.
Politoloq deyir ki, Suriyada Rusiyanı heç bir köməyi yoxdur:
Rusiyanın Suriyada bir neçə qırıcıları var. Arada bir iki bomba atmaqla vəzifəsini yerinə yetirmiş olur. Türkiyə həmin terrorçu qruplaşmanı vurmasına inanmıram. Türkiyənin başı Rakka şəhərindəki İŞİD qüvvələrinə qarışıb. İnanmıram ki, Türkiyə orada da təkbaşına əməliyyat apara bilər. Türkiyə heç Əl-Bab əməliyyatını tam bitirə bilməyib. Yəni bu dəqiqə İŞİD ilə mübarizə davam edir”.