Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu PKK/YPG-nin əlində olan Suriyanın Mənbic şəhəri ilə bağlı mətbuata açıqlama verib.
Avropa.info xəbər verir ki, Çavuşoğlu Mənbiclə bağlı suala “YPG oranı tərk etməzsə vuracağıq” deyib.“Bizim YPG və ya başqa bir terror təşkilatı ilə apardığımız mübarizə bizi ABŞ-la qarşı-qarşıya gətirməməlidir. Terror təşkilatlarının yanında heç bir müttəfiqimizin dayanmasını arzu etmərik” – Çavuşoğlu belə deyib.