Türkiyədə yollara beton baryerlər qoyuldu

Türkiyədə yollara beton baryerlər qoyuldu backend

Türkiyənin Şanlıurfa vilayətinin Akçakale rayonunda təhlükəsizlik gücləndirilib. Trend-in məlumatına görə, təhlükəsizlik tədbirləri çərçivəsində inzibati binalara, o cümlədən bələdiyyə binasına aparan yollar beton baryerlərlə bağlanıb.

Təhlükəsizlik tədbirlərinin bir müddət davam edəcəyi bildirilir.

Qeyd edək ki, Akçakale rayonu YPG terror təşkilatının nəzarətində olan Telabyad bölgəsi (Suriya) ilə həmsərhəddir.