İŞİD-in daha bir yeraltı bazası tapıldı

İŞİD-in daha bir yeraltı bazası tapıldı backend

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının daha bir təlim-məşq bazası aşkarlanıb. Terrorçuların illərdən bəri nəzarətdə saxladıqları Mosul şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı aşkarlanan baza şəhərin cənubundadır.


Milli.az bildirir ki, 2014-cü ildə İŞİD-in əlinə keçmiş Mosuldakı bu baza yerin altında, bunkerlərdədir. Çox ciddi möhkəmləndirilmiş bazaya giriş tuneldəndir.

İraq Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu yeraltı bazada İŞİD-in "mühacir"ləri, yəni xarici ölkələrdən İŞİD-ə qatılan terrorçular hazırlıq keçiriblər.