"Türk Hava Yolları" aviaşirkətinin İstanbul-Bazel reysi üzrə uçan təyyarəsi terror təhlükəsi səbəbindən İstanbula qayıdıb.
Trend-in Türkiyə mətbuatına istiandən verdiyi məlumata əsasən, təyyarə İstanbuldan havaya qalxdıqdan sonra göyərtəsində partlayıcı qurğunun olması barədə yazı tapılıb.Təyyarə İstanbulun Atatürk Hava Limanına endikdən sonra eniş yerinə minaxtaranlardan ibarət qrup gəlib və bütün sərnişinlər təxliyə olunub. Partlayıcı qurğu aşkarlanmayıb.