Türkiyədə iki zəlzələ oldu

Türkiyədə iki zəlzələ oldu backend

Türkiyənin Çanaqqala əyalətinin Bademli rayonunda 4,9 və 4 bal gücündə iki dəfə zəlzələ olub. “Report” xəbər verir ki, bu haqda Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu məlumat yayıb.

İnformasiyaya əsasən, yeraltı təkanların ocağı 6,9 km dərinlikdə yerləşib.

Məlumata görə, əyalətin Ayvacık rayonunda isə 3,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanın ocağı 8,2 km dərinlikdə yerləşib.

Bölgədə zəif gücdə yeraltı təkanlar davam edir.