Kiyevdə ölüm qətliamları

Kiyevdə ölüm qətliamları backend

QAZİLER.AZ saytının Evronyus saytına istinadən verdiyi xəbər görə, Kiyevdə qətl hadisələri davam edir. Cümə axşamı öz evinin qarşısında yazıçı və jurnalist , keçmiş “Seqodnya” qəzetinin şef-redaktoru Oles Buzina güllələnmişdi. Ukraynada Oles Buzinanın siyasi baxışları Rusiyaya meylli idi və rus telekanallarının tok-şoularında iştirak edirdi.

Aprelin 15-də həmçinin öz evinin qapısı qarşısında Viktor Yanukoviçin həmkarı, "Regionlar Partiyası” V çağırış Ali Radasının deputatı Oleq Kalaşnikov öldürülmüşdür. O, öz “antimaydan” aksiyalarna qarşı çıxışıyla məşhur idi.

Aprelin 13-ü gecəsi isə Rusanovskiye bağının mikrorayonlarının birində jurnalist Sergey Suxobokanın eybəcərləşdirilmiş cəsədi tapılmışdır. O, ProUA və”Obkom” internet-saytlarının təsisçisi idi.

Ukrayınanın prezidenti Pyotr Porosenko cinayətin açılmasını tələb edib. "Bu rezonans cinayətlərin açıqlanması hüquq-mühafizəçilərin şərəf məsələsidir,"-deyə Ukraynanın prezidenti bildirib.

Diaspora