Türkiyəni çox qəzəbləndirəcək GÖRÜNTÜ

Türkiyəni çox qəzəbləndirəcək GÖRÜNTÜ backend

Suriyanın Haseke şəhəri yaxınlığında ABŞ-ın terror təşkilatı PKK-nın Suriyadakı qolu olan YPG-yə göndərdiyi zirehli maşınlar görüntülənib.

Xatırladaq ki, Türkiyə rəsmilərinin verdiyi bir çox açıqlamalarda terror təşkilatı olan YPG-yə silah dəstəyinin Türkiyə-ABŞ münasibətlərinə ciddi ziyan verdiyi vurğulanmışdı.

Qaziler.az Hürriyet-ə istinadən bildirir ki, Reuters`ın paylaşdığı bu fotogörüntülərdə Suriyanın Haseke şəhərində TIR-lara yüklənmiş zirehli maşınlar görünür. Zirehli maşınlar ABŞ tərəfindən terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-nin onurğası hesab edilən SDG-yə (Suriya Demokratik Qüvvələri) verilir.

Fotoda görünən maşınların Rakka əməliyyatı üçün bölgəyə aparıldığı bildirilir.