Rusiya ordusu propoqanda komandasının varlığını etiraf edib
"Ölkə.Az" xəbər verir ki, rus ordusu ilk dəfədir ki, informasiya müharibəsi üçün bir komandasının olduğunu açıqlayıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu propoqanda komanasının olduğunu etiraf edib. Amma bu komandanın hansı dövlət və qurumları hədəf aldığı barədə məlumat verməyib. Qeyd etmək lazımdır ki, bu açıqlama Qərbin Rusiyanı kiber hücumlarda ittiham etməsindən sonra verilib. Bir müddət əvvəl ABŞ-da keçirilən prezident seçkilərində rusların kiber hücum təşkil etdiyi iddia edilmişdi. Avropa kəşfiyyat orqanları isə rəsmi Moskvanı Avropada keçirilən seçkilərə kiber hücumlarla müdaxilə etməkdə günahlandırmışdı. Rusiya bu ittihamları rəd etmişdi.
Nazir Şoyqu isə komandada yer alan yeni hərbçilərin keçmiş hərbçilərə nisbətən daha təsirli olduğunu bildirib. Şoyqu əlavə edib ki, propoqanda ağıllı, təsirli olmalıdır. Komandanın nə zaman təşkil edildiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, propoqanda müasir savaş strategiyalarının bir parçasıdır.