İsveçrənin Cenevrə şəhərində Suriya ilə bağlı danışıqların 4-cü mərhələsi başlayıb. “Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, toplantının əvvəlində BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura tərəflərlə ayrı-ayrılıqda görüşüb.
Görüşdə Suriyanın yeni hökumətinin formalaşdırılması, ölkə Konstitusiyasının yeni layihəsi və seçkilərin keçirilməsi məsələləri müzakirə olunur.Suriya məsələsi üzrə danışıqların növbəti mərhələsi başlayıb

