73 il əvvəl batan gəmi okeanın dibindən çıxarıldı

73 il əvvəl batan gəmi okeanın dibindən çıxarıldı backend

Qaziler.az AZERTAC-a istinadən bildirir ki, İngilis xilasediciləri Almaniyaya məxsus sualtı qayıq tərəfindən 73 il əvvəl - 1942-ci il noyabrın 4-də batırılan “City of Cairo” gəmisini Atlantik okeanının 5150 metr dərinliyindən çıxarıblar.

İkinci Dünya müharibəsi zamanı Hindistanın Mumbai şəhərindən İngiltərəyə gedərkən Müqəddəs Yelena adası yaxınlığında batırılan gəminin yeri ilk dəfə 1980-ci illərdə müəyyən olunub. Lakin indiyədək heç bir qrup gəminin olduğu yerə enə bilməyib.

Gəmi su üzünə çıxarıldıqdan sonra orada 50 milyon dollar dəyərində xəzinə də aşkarlanıb.

Birləşmiş Krallığa aid 7 min ton yükün və 100 ton ağırlığında gümüş pulların olduğu gəmidə 302 sərnişinin daşındığı bildirilir. Həmin pulların o dövrdə Britaniyanın müstəmləkəsi Hindistana aid olması ilə əlaqədar xəzinənin bu ölkəyə qaytarılacağı bildirilir.

Qeyd edək ki, 1912-ci ilin aprelində batan “Titanik” gəmisinin qalıqları okeanın 3800 metr dərinliyindədir. İngilislər “City of Cairo” gəmisini 5150 metr dərinlikdən çıxarmaqla bu sahədə dünya rekorduna da nail olublar.




Diaspora